Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-03 10:43:00
DSX-nın Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı təxirə salınıb

Koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirəsalınmaz tədbirlərə uyğun olaraq 9 mart 2020-ci il tarixində keçirilməsi nəzərdə tutulan Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbin V sinfinə qəbul imtahanı təxirə salınıb.

Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib. 

 Qeyd edək ki, imtahanın vaxtı imtahanın keçiriləcəyi tarixdən 1 həftə öncə elan olunacaq.