Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-29 16:09:00
Süni intellekt infarktı öncədən xəbər verəcək

Amerika Birləşmiş Ştatlarının alimləri infarktı öncədən xəbər verən cihaz hazırlayıblar. 

AzEdu.az xəbər verir ki, yaşam funksiyalarını gündə 24 saat təqib edən cihaz ürək tutmalarının qarşısını almaq məqsədilə hazırlanıb. Cihaz insanların nəfəs alıb-vermə və digər fiziki göstəricilərini də izləyəcək. Nəticədə sistem ürək tutma anını bir neçə gün öncədən xəbər verəcək. 

Cihaz ABŞ-da 100 xəstə üzərində sınaqdan keçirilib. 70 yaşlı xəstələri üç ay boyunca təqib edən sistem sayəsində infarkt halları 10 gün əvvəldən aşakarlana bilib. 

Araşdırmaçılar süni intellektin bu mövzuda özünü 80% doğrultduğunu söyləyiblər. (ted.az)