https://www.zirve.edu.az/
21.02.2020 16:39
Dövlət İmtahan Mərkəzində növbəti beynəlxalq imtahanlar keçirilib
Çap et

Dövlət İmtahan Mərkəzində (DİM) Pearson VUE (Virtual University Enterprises) tərəfindən təqdim olunan CompTIA şirkətinin “CompTIA A+” sertifikat imtahanının 1-ci hissəsi və Cisco Systems, Inc şirkətinin “Cisco Certified Network Associate” adlı sertifikat imtahanı keçirilib.

AzEdu.az xəbər verir ki, DİM-dən bildirilib ki, hər bir sertifikat imtahanında bir nəfər olmaqla ümumilikdə iki nəfər iştirak edib və imtahanın gedişi zamanı iştirakçıların bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Bununla yanaşı, bu həftə ərzində 7 xarici vətəndaş “Pearson Test of English Academic” (PTE-Academic/PTE-A) imtahanını verib.

Qeyd edək ki, ADA Universitetində təhsil almaq üçün ingilis dilinin müvafiq səviyyəsini təsdiq edən IELTS və TOEFL imtahan nəticələri ilə yanaşı, həmçinin PTE-Academic sertifikatı da (minimum bal – 50) da qəbul olunur.

Dövlət İmtahan Mərkəzində veriləcək ingilis dili və müxtəlif ixtisas sahələri üzrə imtahanların saatları DİM-in saytında http://www.tqdk.gov.az/news/5028/ yerləşdirilib.