https://www.zirve.edu.az/
18.02.2020 17:34
BMU aliminin elmi məqaləsi İsveçrə mətbuatında
Çap et

Bakı Mühəndislik Universitetinin (BMU) dünya iqtisadiyyatı kafedrasının müdiri, dosent Şəhriyar Muxtarovun həmmüəllifi olduğu elmi məqalə İsveçrənin “Energies” jurnalında dərc olunub.

AzEdu.az xəbər verir ki, Web of Science və Scopus kimi nüfuzlu məlumat bazalarında indekslənən və impakt faktoru 2.7 olan jurnalda nəşr olunan məqalədə (“Elasticity Analysis of Fossil Energy Sources for Sustainable Economies: A Case of Gasoline Consumption in Turkey”) Türkiyə iqtisadiyyatı nümunəsində müxtəlif ekonometrik metodlar istifadə edilərək benzin tələbi təhlil olunub.

Məqalənin nəticələrinə görə, dəyişənlər arasında uzunmüddətli kointeqrasiya əlaqəsinin mövcudluğu, eləcə də gəlir və qiymətin benzin istehlakını müəyyən edən ən əsas faktorlar olduğu aşkar edilib. Bundan əlavə, müəlliflər uzunmüddətli dövrdə gəlir və tələbin qiymət elastikliyini müəyyən ediblər. Məqalədə tədqiqat nəticələri əsasında iqtisadi siyasət üzrə qərarvericilər üçün bir sıra təkliflər də irəli sürülüb. (Azərbaycan müəllimi)