2020-02-18 12:52:00
İlber Ortaylının “Bir ömür nasıl yaşanır?” kitabından məsləhətlər
Dedikləri ilə hər zaman fərq yaradan, Prof. Dr. İlber Ortaylı həyat təcrübələrini danışdığı və özündən yola çıxaraq içində bir çox tövsiyə verdiyi kitabını yayımlayıb. “Bir ömür nasıl yaşanır?” kitabında verdiyi məsləhətləri qısaltdıq.
- Fərqliliyi seçin
Dünya sadəcə yaşadığınız yerdən ibarət deyil, yeni yerlər görün, yeni insanlarla tanış olun. Fərqli təcrübələr ilə dünya görüşünüzü dəyişdirin. - Gördüyünüz işi sevin
Gördüyünüz iş sıxıcı da olsa, onu səbrli bitirin. O işi sevsəniz, həyatda uğura gedən yolları daha asan açmış olacaqsınız. - Başqalarını dəyişdirməyə çalışmayın
Münasibətlərdə belə işlər yolunda getmirsə, özünüzü düzəltmək əvəzinə qarşı tərəfi dəyişdirmək düşüncəsinə qapılmayın. - Sərhədlərinizi aşın
“Cəsur olun. Özünüzü rahat hiss etdiyiniz zonanın kənarında pəncərələr açın. Fərqli dünyalarla ancaq belə tanış ola bilərsiniz.” - Yalnızlığı sevin
Böyük düşünənlərin çox sosial həyatları yoxdur. Özünüzə iç səsinizi dinləmək üçün vaxt ayırın. - Çabalayın
İstədiyiniz yerə gəlmək üçün insanların sizi tapmasını gözləməyin. Siz çabalayın və yaxşı insanları tapmaq üçün çalışın. “Nəticədə heç kim gəlib məni kəşf etmədi, heç kimin gələcək halı yox idi!” - Rəqs edin
Həyatın dadına rəqs edərək baxın. Bu zövqdən özünüzü məhrum etməyin! - Qədərində davranın
Qarşınızdakı insanı nə çox tərifləyin, nə də tənqid edin, uşağınıza da eyni şəkildə davranın. Dəstək verin və yanında olduğunuzu hiss etdirin, bəsdir. - Dostlarınızı yaxşı seçin
Eyni dünya görüşünə sahib olan biri ilə dost olmaq məcburiyyətində deyilsiniz. Qarşılıqlı görüşlərdən faydalanmaq və dost olmağın fərqli şeylər olduğunu unutmayın. - Kreativ olmağa çalışın
Dövrümüzdə pis hadisələr baş versə də, özünüzü xoşbəxt etməyi bilin və şən olmağa çalışın. Dünyaya necə baxsanız, elə də yaşayacaqsınız. Bütün bunları edərkən öyrənməyi bə yöntəmli yaşamağı unutmayın. - Hər mövzuya diqqət göstərin.
Özünüzü inkişaf etdirmək istəyirsinizsə, heç bilmədiyiniz sahə ilə də maraqlanın, musiqidən də anlayın, rəqs də edin. Millətin dərdini dərd edin. “Bir insanın bitdiyi an, miskinliyə əsir olduğu andır, konforundan vaz keçməyi gözə almalıdır.” - Maraqlanın
Marağınızı itirməyin, hadisələri izləyin, sadəcə izləməyin qatılın da! Dünyada nələr olursa, incələyin, amma eləcə oxuyaraq etməyin. Oxuduğunuz şeylərin haqqını verin. - Dil öyrənin
Xüsusilə 25 yaşınıza gəlmədən xarici dil öyrənsəniz, daha rahat olarsınız. Daha sonra da öyrənə bilərsiniz, amma rahatlıq olmayacaq. - Zəhmət çəkin
Qarşınıza yol çıxdı? Qatara minib gedin. Gənclik enerjisini boşa xərcləməyin, o yaşlarda yeni yerlər öyrənməyin dadını çıxarıın. - İşinizi doğru seçin
Hamı oturub işləyə bilər, önəmli olan işinizi doğru seçmək və sevərək işləməkdir. Bunu etməsəniz, həyatda məqsədiniz qalmaz, boşa işləyərsiniz.
Bu bölməyə aid digər xəbərlər
Bu il buraxılış imtahanları asan keçirildi?
2024-04-19 09:39:00
“Tarixdə bu gün” - 19 aprel necə yadda qalıb?
2024-04-19 09:28:00
AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər
2024-04-19 09:14:37
Bu gün 30 dərəcə isti olacaq
2024-04-19 08:37:54
Sabah Bakıda 27, bölgələrdə 30 dərəcə isti olacaq
2024-04-18 12:51:23
9 illik bazada növbəti buraxılış imtahanı keçiriləcək
2024-04-18 11:27:00
ADNSU-nun tələbəsi karate üzrə dünya çempionu olub
2024-04-18 09:53:42
Bu gün temperatur 28 dərəcəyədək yüksələcək
2024-04-18 08:42:55
Buraxılış imtahanlarına asan suallar salınır?
2024-04-18 08:30:00
Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir
2024-04-17 16:48:05
kitabı
ÇOX OXUNANLAR
18 Aprel 2024, 12:35
Sertifikasiya imtahanının vaxtı AÇIQLANDI
18 Aprel 2024, 10:04
DİM-dən 17 mart buraxılış imtahanının nəticələri ilə bağlı AÇIQLAMA
17 Aprel 2024, 10:21
Sertifikasiya:“Müəllimlərin hazırlığa getməsi qəbuledilməzdir”
16 Aprel 2024, 13:10
10 mart buraxılış imtahanının nəticələri AÇIQLANDI
17 Aprel 2024, 12:14
Regionlar üzrə ən çox bal toplayanlar – Mərkəzi Aran bölgəsinin ŞAGİRDLƏRİ
18 Aprel 2024, 12:40
Sertifikasiyadan keçə bilməyənlər bu il imtahan verəcək
11 Aprel 2024, 10:25
Hansı ixtisas qruplarına qəbul olmaq asandır?
16 Aprel 2024, 13:26
Buraxılış imtahanından maksimum balı onlar topladı - SİYAHI
FACEBOOK