https://www.zirve.edu.az/
17.02.2020 13:10
“Sabahın alimləri”ndə bürünc medal qazanan layihə
Çap et

AzEdu.az xəbər verir ki, Bakı şəhəri 132-134 nömrəli təhsil kompleksdə təhsil alan 11-ci sinif şagirdləri Murad  Əhməd-zadə  və Vəli Balıyevin iştirak etdiyi layihə    “Sabahın alimləri“   IX Respublika müsabiqəsində bürünc medalla mükafatlandırılıb.  “Tibb və sağlamlıq”  istiqaməti üzrə “Sinir sisteminin növündən asılı olaraq öyrənmə və yaddaş proseslərinin eksperimental pozğunluqlarının farmakoloji korreksiyası” adlı layihənin qalibləri kimi onlar diplom və Amerika Fizioloqlar Assosiasiyasının sertifikatına da layiq görülüblər.

Qeyd edək ki, layihə AMEA-nın Fiziologiya İnstitutunun baş elmi işçisi, biologiya  elmləri doktoru  X.İsmayılovanın rəhbərliyi altında yerinə yetirilib. (Azərbaycan müəllimi)