Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-14 13:08:00
Yeni şəxsiyyət vəsiqəsi ilə imtahanda iştirak etmək olar? –Rezidenturaya qəbul  

 

Dünən Dövlət İmtahan Mərkəzi 2020/2021-ci tədris ili üçün rezidenturaya qəbul elan edib.

Bildirilib ki, qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün namizəd 2020-ci il fevralın 13-dən 27-dək Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği (60 AZN) “Şəxsi kabinet”indəki hesabına əlavə etməlidir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış olmaq mümkündür.

Namizəd “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə 2020-ci il fevralın 13-dən 27-dək Mərkəzin internet saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizerez/erize/?frm=egov ) daxil olub “Namizədin elektron ərizəsi” formasını doldurub, təsdiq etməlidir.

Hazırda rezident olmaq istəyənlərin çox soruşduqları suallardan biri də şəxsiyyəti təsdiq edən sənədin yenilənməsi ilə bağlıdır.

Sual:

Şəxsiyyət vəsiqəmi yeniləmişəm və “İmtahana buraxılış vərəqəsi”ndə isə köhnə vəsiqəmin nömrəsi qeyd olunub. Yeni şəxsiyyət vəsiqəsi ilə imtahanda iştirak edə biləcəyəm?

Cavab:

Xeyr, yeni şəxsiyyət vəsiqəsi ilə imtahanda iştirak edə bilməzsiniz. AzEDu.az məlumat verir ki, şəxsiyyət vəsiqənizi dəyişmisinizsə, imtahan gününə qədər “Şəxsi kabinet”inizdə “Sənədi yenilə” düyməsindən istifadə etməklə özünüz düzəliş etməlisiniz, yaxud da yeni şəxsiyyət vəsiqəniz və onun surəti ilə DİM-ə müraciət edərək müvafiq düzəliş etdirməlisiniz. Bundan sonra “İmtahana buraxılış vərəqəsi”ni yenidən çap etməlisiniz.

Qeyd edək ki, əsas (baza ali) tibb təhsili əsasında rezidenturaya qəbul imtahanı Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada iki mərhələdə keçirilir: baza fənləri üzrə biliklərin qiymətləndirilməsi; ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı 2020-ci il aprelin 19-da, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı isə 2020-ci il iyulun 17-də keçiriləcək.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları