Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-10 17:23:00
Nazir müavinindən tələbələrə tövsiyə: “Ömür boyu oxumağa hazır olun”

Bu gün Təhsil Nazirliyində SABAH Karyera Qış Məktəbinin açılış görüşü keçirilib.

AzEdu.az xəbər verir ki, görüşdə iştirak edən nazir müavini Firudin Qurbanov tələbələrə gələcək karyeraları ilə bağlı bir sıra məsləhətlər verib. O gəncləri karyeralarını öncədən planlamağa çağırıb:

"Qarşınızda çox istiqamətlər var, onlardan birini seçməlisiz. Müəyyən baza təhsiliniz var, amma gələcəkdə sizin ixtisasınıza tələbat olub olmayacağı məsələsi var. Buna görə gələcəkdə hansı yolu seçəcəyinizi bilməlisiniz. Uğurlu karyera üçün işinizi düzgün planlaşdırılmalısız. Təcrübə keçib diplom alsanız da bu, hər şey demək deyil. Ola bilər, gələcəkdə ixtisasiniza ehtiyac qalmasın. Hər insan üzərində çalışmalıdır. Ömür boyu oxumağa hazır olun. Gələcək karyera inkişafında işinizi planlaşdırmağa diqqət yetirin. Gələcəkdə harada olmanızdan asılı olmayaraq, Azərbaycan vətəndaşı olduğunuzu unutmayın".

Qeyd edək ki, SABAH qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilindən etibarən dövlət ali təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi, yenilikçi mühitin yaradılması məqsədilə formalaşdırılmış müxtəlif ixtisaslar üzrə savadlı, bacarıqlı, hazırlıqlı tələbələrdən ibarət qruplardır. Bu qruplar hazırda 11 ali təhsil müəssisəsində 36 ixtisas üzrə 2 min 400-dən çox tələbəni əhatə edir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları