Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-10 11:48:00
Yeni yaradılan ixtisaslarda keçid ballar necə formalaşacaq?-DİM

Məlum olduğun kimi Nazirlər Kabineti “Azərbaycan Respublikasının ali təhsil müəssisələrin tələbə qəbulu Qaydaları”nda dəyişiklik edib.  Qərara əsasən, “İxtisas qrupları və ixtisaslar” yeni redaksiyada təsdiq edilib.

Abituriyentləri maraqlandıran məsələlərdən biri də yeni yaranan ixtisaslar üzrə keçid balları və plan yerlərlər ilə bağlıdır.

DİM-dən AzEdu.az-a verilən məlumata görə  yeni yaradılan ixtisasların keçid balları haqqında əvvəlcədən dəqiq məlumat vermək mümkün deyil. Belə ki, keçid balları müsabiqə əsasında formalaşır.  İxtisaslar üzrə plan yerlərinə gəldikdə isə bu Nazirlər Kabineti tərəfindən təsdiq olunur.

Hələ ki, ixtisaslar üzrə plan yerlər açıqlanmayıb.

 Qeyd edək ki, yeni yaradılan ixtisaslar bütün qrupları əhatə edir.