Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-10 10:26:00
İşdən qovulan müəllimlər MİQ müsabiqəsində iştirak edə bilərlər?-CAVAB

 

AzEdu.az mütəmadi olaraq direktor və müəllimləri maraqlandıran məsələlərlə bağlı yazılar  yayımlayır.

Müəllimlərin ən çox soruşduğu məsələlərdən biri də  töhmət aldıqdan sonra fəaliyyətlərinə davam edib-etməməklə bağlıdır.

Sual:

-Etik davranış qaydalarını pozmağım adı ilə bir neçə töhmətdən sonra işdən kənarlaşdırıldım. Növbəti dəfə müəllimlərin işə qəbul imtahanında iştirak edərək işə başlaya bilərəm?

Cavab:

Bəli. AzEdu.az məlumat verir ki, bu barədə məsələlər Təhsil haqqında qanunun 36.1-ci maddəsi ilə tənzimlənir.

Maddəyə görə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın təsdiq etdiyi etik davranış qaydalarını pozduğuna görə, əmək müqaviləsinə xitam verilmiş pedaqoji işçi 1 il pedaqoji fəaliyyətlə məşğul ola bilməz. 1 ilin tamamında isə MİQ müsabiqəsində iştirak edərək qəbul oluna bilər.

Qeyd edək ki, aşağıdakı şəxslər müəllim kimi fəaliyyət göstərə bilməzlər:

-Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilənlər;

-Ağır, xüsusilə ağır cinayət törətməsinə görə məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslər;

-Fəaliyyət qabiliyyətsizliyinə və ya məhdud fəaliyyət qabiliyyətli olmasına, habelə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan şəxslər;

-Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş siyahıda göstərilən xəstəliklərə görə pedaqoji fəaliyyətlə məşğul olmasına qadağa qoyulmuş şəxslər;

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları