Azərbaycanda III ixtisas qrupunda 5 ixtisas ləğv edilib, iki ixtisasın adı dəyişib, 3 yeni ixtisas yaradılıb.
AzEdu.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda etdiyi dəyişiklikdə əksini tapıb.
Beləliklə, III ixtisas qrupunda Məktəbəqədər təlim və tərbiyə, Kitabşünaslıq, Antropologiya, Teatrşünaslıq və Kinoşünaslıq ixtisasları ləğv edilib. Kitabxanaçılıq və informasiya və Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisasları müvafiq olaraq Kitabxanaçılıq və informasiya fəaliyyəti və Muzey, arxiv işi və abidələrin qorunması adlandırılıb. III ixtisas qrupuna daxil edilən yeni ixtisasların siyahısında isə Məktəbəqədər təhsil, İslamşünaslıq və İctimai təhlükəsizlik və idarəetmə ixtisasları yer alıb. Beləliklə, son dəyişiklikdən sonra III ixtisas qrupuna aşağıdakı 24 ixtisas daxildir: