Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) ikili diplom proqramlarını bitirən tələbələrin diplomları Avropanın 27 ölkəsində tanınır.
AzEdu.az xəbər verir ki, bunu fevralın 6-da UFAZ-da keçirilən mətbuat konfransında Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev deyib. O bildirib ki, bu diplomlar UFAZ məzunlarının Avropada asanlıqla işlə təmin olunmasına imkan verir.