Mayın 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Respublika QİÇS-lə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) Mübarizə Mərkəzinin təşkilatçılığı ilə maarifləndirici tədbir keçirilib.
ADNSU-dan AzEdu.az-a bildiriblər ki, tədbirdə QİÇS-lə Mübarizə Mərkəzinin əməkdaşları tərəfindən tələbələr üçün İnsanın İmmunçatışmazlığı Virusuna (İİV) görə laborator testlər keçirilib. Həmçinin, QİÇS-lə mübarizəyə dair maarifləndirici məlumatlar verilib.
Qeyd edək ki, tədbir “Avropa İİV-ə testləşmə həftəsi çərçivəsində reallaşdırılıb.
Kampaniya çərçivəsində aparılan tədbirlər İİV-in Azərbaycanda yayılmasının qarşısının alınması, əhalinin İİV-QİÇS barədə biliklərinin artırılması, sağlam və təhlükəsiz həyat tərzinin təbliği məqsədini daşıyır.