https://www.zirve.edu.az/
03.02.2020 14:23
Məktəblilər koronavirusa yoluxma ehtimalı səbəbindən ev şəraitində karantindədirlər-ABŞ-DA

Florida məktəbindən olan 30 şagird və 3 müəllim öz evlərində karantin şəraitindədirlər. Onlar koronavirusa yoluxub-yoluxmama barədə testlərin nəticələrini gözləyirlər. Hər şey məktəblilərin Yel Universitetində keçirilən dördgünlük konfransda iştirakından başladı. Həmin konfransda Çin məktəbliləri də iştirak edirdilər.

Palm-Biç-Qardensdəki Bencamin məktəbindən olan qrup Birləşmiş Millətlər Təşkilatının nümunəvi tədbirində iştirak edərkən, Çində olan məktəblilərdən birində güclü öskürək başlayıb və onun hərarəti yüksəlib. Diaqnoz qrip müəyyən edilib. Lakin həmin məktəbli Çindən olan kiçik qrupun tərkibində gəldiyindən Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri koronavirusa əlavə testləməni tövsiyə ediblər. Yel Universiteti konfransı yarımçıq saxlayıb, şagirdlər isə evə göndərilib.

Floridadan olan şagirdlər qrupu tibbi müayinənin nəticələrini həftənin ortasına gözləyirlər. Lakin nümunələr ABŞ-da koronavirus üzrə tədqiqatların aparıldığı yeganə laboratoriya mərkəzində təhlil olunduğundan, nəticələrin yalnız həftənin sonunda hazır olacağı ehtimalı var.

Koronavirusa yoluxanların sayı dünyada getdikcə artır. İndiyədək Çində bu virus 361 nəfərin həyatına son qoyub. (Azərtac)