https://www.zirve.edu.az/
28.01.2020 12:00
Kiçik və orta sahibkarlıq subyektləri üçün növbəti təlim

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) kiçik və orta sahibkarlıq subyektləri üçün növbəti təlim keçirilib.

UNEC-dən AzEdu.az-a bildirilib ki, təlim “Maliyyə vəziyyəti haqqında hesabatın hazırlanması” mövzusuna həsr olunub.

Universitetin Distant, Qiyabi və Əlavə Təhsil Mərkəzinin direktoru Səbuhi Tanrıverdiyev məlumat verib ki, Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı UNEC-in strateji planı təsdiqlənib. Artıq üçüncü ildir bu istiqamətdə ciddi işlər reallaşdırılır. Strateji plan çərçivəsində həyata keçirilən təlimlərdə mövzular kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyəti prosesində meydana çıxa biləcək praktiki məsələləri özündə ehtiva edib.

Təlim iştirakçıları Mühasibat uçotu və audit kafedrasının müdir müavini, iqtisad üzrə fəlsəfə doktoru, baş müəllim Nəzakət Musayevanın maliyyə hesabatına dair təqdimatı ilə tanış olublar.

Sonra təqdimat ətrafında müzakirələr aparılıb.