![](https://azedu.az/uploads/news/2020/01/azedu.az_b5-37_871.jpg)
Azərbaycan Texniki Universitetinin (AzTU) əməkdaşları - dosentlər Əlləz Əliyev, Azad Babayev və müəllim Qəzənfər Axundov “Nəqliyyat servisi üçün böhran və risklər mühəndisliyi (CRENG) Erasmus+ K2” layihəsi üzrə Fransanın Valansyen Universitetində keçirilən təlimlərdə iştirak ediblər.
AzTU-dan AzEdu.az-a bildirilib ki, təlimlərdə layihəyə uyğun olaraq müvafiq magistr proqramı (Nəqliyyat logistikası) üzrə tədris ediləcək fənlərin məzmunu, dərs saatlarının paylanması, müasir tələblərə uyğun yeni kurikulumun və tədris vəsaitlərinin hazırlanması barədə tövsiyələr verilib. Eyni zamanda təlimlərdə müasir dövrdə nəqliyyat proseslərində yaranma ehtimalı olan risklər və onların aradan qaldırılmasının müasir üsulları ətrafında müzakirələr aparılıb.
Layihə çərçivəsində universitetdə CRENG laboratoriyasının yaradılması barədə müzakirələr də aparılıb.
Təlimlərdə müasir dövrdə nəqliyyat ixtisasları üçün təşkil olunan laboratoriyalar nümayiş etdirilib, nəqliyyat logistikası ixtisaslaşması üzrə tədris olunan fənlərin məzmunu haqqında təqdimatlar keçirilib.
Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)