Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-25 16:02:00
Azərbaycanlı tələbə: “Həmyerlilərimiz şəhəri tərk edə bilməyib”

Çində bizdən daha çox təhlükədə olan azərbaycanlı tələbələr var”

 Çinin Jinhua şəhərdə yerləşən Zhejiang Normal Universitetində təhsil alan azərbaycanlı tələbə Səməd Azadlı  vəziyyətlə bağlı fikirlərinin AzEdu.az-la  bölüşüb.

 “Hazırda  Jinhua şəhərində 8 azərbaycanlı tələbə var. Vəziyyətimiz yaxşıdır. Müəyyən qədər internetlə bağlı  problem yaranır.  Xüsusilə, “İnstagram”, “Facebook”, “Google”-un istənilən tətbiqlərinin istifadəsində çətinlik yaşanır.  Uhan şəhərində isə vəziyyət daha gərgindir. Azərbaycanlılar oranı tərk etsə də, səhv etmirəmsə,  10-yaxın həmyerlimiz  karantin elan olduğuna  görə şəhəri tərk edə bilməyib. Hələ ki, şəhəri tərk etmək fikrimiz yoxdur. Amma bu vəziyyət  uzun müddət  davam etsə, ölkəni tərk edəcəyik”.

O, Azərbaycan səfirliyinin tələbələrə köməklik göstərdiyini də bildirib.

“Uhanda yaşayan tələbələrlə əlaqə saxlayırıq. Çindəki Azərbaycan səfirliyi onlara maddi və mənəvi dəstək olur. Tələbələri  şəhərdən çıxarmağa çalışırlar”.

Qeyd edək ki, Çində yayılan ölümcül koronovirus epidemiyası ilə əlaqədar bir neçə  şəhərdə karantin elan olunub.  Çin və bir neçə Asiya ölkəsində yayılan koronovirusa yoluxanların sayı artıq 630 nəfərə çatıb.