Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-24 14:52:00
Əvvəlki illin məzunları üçün əla fürsət -Diqqətli olun

Abituriyentləri maraqlandıran məsələlərdən biri də imtahan zamanı xarici dil seçimi ilə bağlıdır.

AzEdu.az ən çox verilən sualı və cavabı təqdim edir.

Sual: Orta məktəbi keçən il bitirmişəm. Məktəbdə yalnız alman dili keçmişəm. Ali məktəblərə və kolleclərə qəbul zamanı başqa xarici dil seçə bilərəm?

Cavab: Bəli, orta məktəbdə hansı xarici dili keçməsindən asılı olmayaraq, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilində verən əvvəlki illərin məzunları xarici dil kimi ingilis, alman, fransız, rus, ərəb və ya fars dilini, qəbul imtahanını rus dilində verən abituriyentlər isə ingilis, alman və ya fransız dilini seçə bilərlər.

Cari ilin məzunları isə  buraxılış imtahanında xarici dil fənni kimi həftə ərzində daha çox dərs saatı olan xarici dil  fənnindən imtahan verəcəklər. Ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsi zamanı şagirdlərin həmin xarici dil fənnindən topladıqları bal nəzərə alınacaq.
I, II, III və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən və XI sinfi cari ildə bitirən abituriyentlər istənilən digər xarici dil fənnindən əlavə imtahan vermək istəyərlərsə, həmin abituriyentlərə xarici dil fənnindən əlavə imtahan vermək imkanı da yaradılacaq. Həmin abituriyentlərin buraxılış imtahanında əsas xarici dil fənnindən topladıqları bal təhsil sənədinə yazılacaq, xarici dil fənni üzrə əlavə verdikləri imtahandan topladıqları bal isə I, II, III və ya IV qruplar üzrə ali təhsil müəssisələrinin müsabiqəsi zamanı nəzərə alınacaq.
Qeyd edək ki, V qrup üzrə ali təhsil müəssisələrinin, tam (11 illik) və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsi zamanı isə abituriyentlərin (cari ilin məzunlarının) buraxılış imtahanında əsas xarici dil fənnindən topladıqları bal nəzərə alınacaq.