Google axtarış sisteminin “çökməsi” ilə bağlı istifadəçilərdən kütləvi şikayət daxil olub.
AzEdu.az-ın məlumatına görə, TED.az xəbər verir ki, bu haqda Downdetector portal məlumat yayıb.
Şikayətin böyük əksəriyyətində bildirilib ki, YouTube videohostinqdən və Gmail elektron poçt ünvanından istifadə mümkün deyil. İstifadəçilərin 65%-i servisə daxil ola bilmədiklərini, təxminən 34%-i isə axtarışın mümkün olmadığını qeyd ediblər.
Google-la bağlı yaranmış problem əsasən, ABŞ, Kanada, Braziliya, Almaniya, Fransa, Böyük Britaniya, Portuqaliya, İspaniya və Kolumbiyada müşahidə olunub. Həmçinin mövcud problem Rusiyanın Kazan, Moskva və Sankt-Peterburq şəhərlərində də qeydə alınıb.