Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-23 14:11:00
Azərbaycan Universitetinin “İpək Yolu” elmi jurnalının yeni nömrəsi çapdan çıxıb

Azərbaycan Universitetinin “İpək Yolu” elmi jurnalının 2019-cu il üçün dördüncü  nömrəsi çapdan çıxıb. Jurnalın bu nömrəsində iqtisad, filologiya, tarix və sosial elmlərə aid Azərbaycan, ingilis və rus dillərində məqalələr dərc olunub. Jurnalın Əhməd bəy Ağaoğlu-150 bölməsində tarix üzrə fəlsəfə doktoru Salman İbişovun “Əhməd bəy Ağaoğlu: tarixi şəxsiyyət haqqında tarixi qeydlər” məqaləsi yer alıb.

AzEdu.az  xəbər verir ki,“İpək Yolu” jurnalının yeni nömrəsini onlayn formada Azərbaycan Universitetinin saytından oxumaq da mümkündür. Müəlliflər təlimata uyğun hazırlanmış məqalələri  [email protected]  elektron ünvanına göndərə bilərlər.

Jurnal AAK-ın Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər siyahısına daxildir.

Bundan başqa jurnal E-library - РИНЦ (Rusiya), Academic Keys (USA), ResearchBib - Academic Resource Index (Japan), Scientific Indexing Services - SIS (USA), Directory of Research Journals Indexing (India), Advanced Science Index - ASI (Germany), Root Indexing - Journal Abstracting and Indexing Service (India), Eurasian Scientific Journal Index - ESJI (Russia), Science Library Index (Australia), JI Factor (USA) beynəlxalq indeksləmə bazalarına da daxil edilib.