https://www.zirve.edu.az/
22.01.2020 17:47
11 illik təhsil bazasında kolleclərə qəbul imtahanının vaxtı açıqlanıb

Məlum olduğu kimi, bir müddət öncə 2020-ci ilin ilk 3 ayı ərzində DİM tərəfindən keçirilməsi nəzərdə tutulan magistratura və doktoranturaya qəbul imtahanları, sınaq imtahanları, 9-cu sinif buraxılış imtahanlarının 1-ci mərhələsi və dövlət qulluğuna qəbul imtahanlarının tarixləri elan olunmuşdu.

AzEdu.az xəbər verir ki,  artıq 2020-ci ildə keçiriləcək digər imtahanların tarixləri də müəyyən olunub.

Orta ixtisas təhsil müəssisələrinə tam (11) illik orta təhsil bazasında tələbə qəbulu  əvvəlki ilin məzunları üçün 26 aprel tarixindəı keçiriləcək.

Cari ilin məzunları üçün əlavə xarici dil imtahanı da 26 aprel tarixində keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, kolleclərdə orta məktəbdə təhsil aldıqları bölmədən fərqli bölmə üzrə təhsil almaq istəyən cari ilin məzunları üçün əlavə Azərbaycan və rus dili imtahanı da 26 aprel tarixində keçirləcək.