https://www.zirve.edu.az/
22.01.2020 17:14
IX sinif buraxılış imtahanları nə vaxt keçiriləcək? - Rəsmi
Çap et

Məlum olduğu kimi, bir müddət öncə 2020-ci ilin ilk 3 ayı ərzində DİM tərəfindən keçirilməsi nəzərdə tutulan magistratura və doktoranturaya qəbul imtahanları, sınaq imtahanları, 9-cu sinif buraxılış imtahanlarının 1-ci mərhələsi və dövlət qulluğuna qəbul imtahanlarının tarixləri elan olunmuşdu.

AzEdu.az xəbər verir ki, artıq 2020-ci ildə keçiriləcək digər imtahanların tarixləri də müəyyən olunub.

Belə ki, Bakı şəhəri və bölgələr üzrə IX siniflər üçün buraxılış imtahanlarının ikinci mərhələsi 7, 14 və 21 iyun tarixlərində keçiriləcəkdir.

Əvvəlki illərin məzunları üçün ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanının ikinci mərhələsi isə 5 iyulda keçiriləcəkdir.

Qeyd edək ki, buraxılış imtahanlarının birinci mərhələsi isə 1, 9, 15 mart tarixlərində keçirləcək.