Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-21 11:47:00
Budəfəki fotorubrika Şəki şəhəri 12 nömrəli tam orta məktəbə həsr olunub

Təhsil Nazirliyinin “Məktəbimizdə” fotorubrikası davam edir. Budəfəki fotorubrika Şəki şəhəri 12 nömrəli tam orta məktəbə həsr olunub.

Həmin məktəb 1924-cü ildən fəaliyyət göstərir. 2013-cü ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, məktəbin müasir tələblərə cavab verən 680 şagird yerlik yeni binası tikilib. Ümumi təhsil müəssisəsində 30 sinif otağı, akt zalı, İKT mərkəzi, geniş idman zalı, kitabxana, emalatxana, linqafon kabineti və yeməkxana yerləşir. Məktəbdə 429 şagird təhsil alır.

2018-2019-cu tədris ilində məktəbi bitirən 20 məzundan 14-ü tələbə adını qazanıb.

Məktəb 2016-cı ildə “Sağlam və təhlükəsiz əmək” şəraitinin yaradılması üzrə keçirilmiş “İlin ən yaxşı müəssisəsi” respublika baxış müsabiqəsinin qalibi olub.

“Məktəbimizdə” rubrikasının məqsədi ümumi təhsil müəssisələrində tədris prosesinin bir gününü əks etdirməkdir.