https://www.zirve.edu.az/
20.01.2020 18:00
İlahiyyat İnstitutunun “Din araşdırmaları” jurnalının növbəti nömrəsi çapa hazırlanır

Azərbaycan İlahiyyat İnstitutunun “Din araşdırmaları” jurnalının növbəti nömrəsi çapa hazırlanır.

AzEdu.az xəbər verir ki,  jurnala məqalə qəbulu davam edir. Dinin teoloji, fəlsəfi, tarixi, sosioloji, psixoloji, ədəbi və digər aspektlərinin araşdırıldığı məqalələr qəbul olunur. Məqalələr Ali Attestasiya Komissiyasının dövri elmi nəşrlər qarşısında qoyduğu tələblərə və Azərbaycan İlahiyyat İnstitutunun qaydalarına cavab verməlidir. Məqalələr digər nəşrlərə təqdim edilməmiş yeni tədqiqatlar olmalıdır. Təqdim olunan yazının əvvəlində məqalənin adından sonra müəllifin adı, işlədiyi müəssisə və müəllifin elektron poçt ünvanı göstərilməlidir. Məqalənin əvvəlində müəllifin adından sonra xülasə və açar sözlər ən azı üç dildə verilməlidir.

Məqalənin mətni “A4” formatda, “12” ölçülü hərflərlə, yuxarıdan və aşağıdan 2 sm, soldan 3 sm, sağdan 1 sm məsafə ilə, 1 intervalla, Azərbaycan, türk, ingilis, rus və ərəb dillərində “Times New Roman” şriftində 1 nüsxədə (həmçinin elektron forması kompakt diskdə) olmalıdır. Məqalə elmi dərəcəsi olan şəxsin məqalə haqqında rəyi ilə birgə müəlliflərin özləri tərəfindən jurnalın redaksiyasına (Azərbaycan İlahiyyat İnstitutu, Azərbaycan, Bakı şəhəri, AZ 1141, Əhməd Cəmil, 41A) təqdim edilməlidir. Əlyazma müəlliflər tərəfindən mütləq imzalanmalı və onun redaksiyaya təqdimedilmə tarixi göstərilməlidir. Məqalələr, eyni zamanda, elektron qaydada redaksiyanın [email protected]  elektron ünvanına göndərilməlidir.

Məqalələr aprelin 30-dək qəbul olunur.