Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-16 12:10:00
Gözlənilən sınaq imtahanının vaxtı məlum oldu -DİM

Doktoranturaya və disseranturaya qəbul olmaq istəyən namizədlər üçün xarici dil üzrə sınaq imtahanı keçiriləcəkdir.

AzEdu.az xəbər verir ki, sınaq imtahanları 2020-ci il yanvarın 18-də saat 10.00 və 15.00-da başlayacaq.

Namizədlər imtahanı DİM-in  Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər. İmtahanda iştirak etmək üçün onlayn qeydiyyat 17 yanvar saat 17.00-da başa çatacaq. Qeydiyyatdan keçmək üçün  keçidə daxil olmaq lazımdır.

Qeyd edək ki, sınaq imtahanlarında iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini (şəxsi kabineti olmayanlar) yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. “Şəxsi kabinet”də olan hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilmişdir) yararlanmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait (60 AZN) qoyulduqdan sonra sınaq imtahanlarında iştirak etmək üçün DİM-in saytında onlayn qeydiyyatdan keçmək lazımdır.