Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-13 12:44:00
Respublika olimpiadalarının qalibləri bu ixtisaslara imtahansız qəbul olunacaqlar-SİYAHI

Dünən ölkənin bütün şəhər və rayonlarında 2019-2020-ci dərs ili üçün məktəblilərin Respublika Fənn Olimpiadalarının birinci-rayon mərhələsi keçirilib.

Riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili və ədəbiyyat, coğrafiya və tarix olmaqla 8 fənn üzrə keçirilmiş olimpiadalarda IX, X və XI sinif şagirdləri biliklərini sınayıblar. Elm yarışında xüsusi istedada malik VIII sinif şagirdlərinin də iştirakına icazə verilib.

Respublika fənn olimpiadaları bu müsabiqə qaliblərinin ali məktəblərə imtahansız qəbulu məsələsini də gündəmə gətirib.

Qeyd:

Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli qərarına uyğun olaraq, beynəlxalq və respublika  fənn olimpiadalarının, beynəlxalq müsabiqə və yarışların qalibləri ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.

Beynəlxalq müsabiqə və olimpiada qaliblərinin qəbulu istənilən, respublika fənn olimpiadaları qaliblərinin qəbulu isə uyğun ixtisaslar üzrə aparılır.

Bəs, respublika fənn olimpiadasında müvafiq fənlərdən yer tutan şagirdlər hansı ixtisaslar üzrə müsabiqədənkar qəbul edilə bilərlər?

AzEdu.az məlumat verir ki, bu ixtisaslar Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli qərarında qeyd edilib. Qərara görə, qaliblərin Azərbaycan ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu aşağıdakı ixtisaslar üzrə həyata keçirilir:

Azərbaycan dili və ədəbiyyat fənni üzrə:

-Azərbaycan dili və ədəbiyyatı müəllimliyi;

-Məktəbəqədər təlim və tərbiyə;

-İbtidai sinif müəllimliyi;

-Korreksiyaedici təlim;

-Filologiya (dil və ədəbiyyat göstərilməklə);

-Jurnalistika;

-Kitabşünaslıq;

Tarix fənni üzrə:

-Tarix;

-Tarix müəllimliyi;

-Tarix və coğrafiya müəllimliyi;

-Antropologiya;

-Politologiya;

-Fəlsəfə;

-Kitabşünaslıq;

-Sosiologiya;

-Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması;

Coğrafiya fənni üzrə:

-Coğrafiya;

-Coğrafiya müəllimliyi;

-Tarix və coğrafiya müəllimliyi;

-Regionşünaslıq (regionlar üzrə);

-Ekologiya;

-Hidrometeorologiya;

Riyaziyyat fənni üzrə:

-Riyaziyyat;

-Riyaziyyat müəllimliyi;

-Riyaziyyat və informatika müəllimliyi;

-Mexanika;

-Kompüter elmləri;

-Kompüter mühəndisliyi;

-Mexatronika və robototexnika mühəndisliyi;

-Enerji maşınqayırma mühəndisliyi;

-Maşın mühəndisliyi;

-Geofizika mühəndisliyi;

-Neft-qaz qurğuları mühəndisliyi;

-Elektroenergetika mühəndisliyi;

-İstilik energetikası mühəndisliyi;

-Avianəqliyyat istehsalatının təşkili mühəndisliyi;

-Aviasiya texnikası avadanlıqlarının istismarı mühəndisliyi;

-Hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi;

-Hava nəqliyyatında texnoloji proseslərin və istehsalatın təhlükəsizliyi mühəndisliyi;

-Gəmiqayırma və gəmi təmiri mühəndisliyi;

-Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi;

-Cihazqayırma mühəndisliyi;

-Texnoloji maşın və avadanlıqlar mühəndisliyi;

-Elektrik mühəndisliyi;

-Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi;

-Mexanika mühəndisliyi;

-Kompüter mühəndisliyi;

-İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi;

-İnşaat mühəndisliyi;

-Nəqliyyat tikintisi mühəndisliyi;

-Tikinti materialları və məmulatlarının texnologiyası mühəndisliyi;

-Satistika;

Fizika fənni üzrə:

-Fizika;

-Fizika müəllimliyi;

-Mexanika;

-Geofizika mühəndisliyi;

-Elektroenergetika mühəndisliyi;

-Elektrik mühəndisliyi;

-Materialşünaslıq mühəndisliyi;

Kimya fənni üzrə:

-Kimya;

-Kimya müəllimliyi;

-Kimya və biologiya müəllimliyi;

-Ekologiya;

-Qida məhsulları mühəndisliyi;

Biologiya fənni üzrə:

-Biologiya;

-Biologiya müəllimliyi;

-Kimya və biologiya müəllimliyi;

-Ekologiya;

-Balıqçılıq və balıqçılıq təsərrüfatı işi;

-Su bioehtiyatları və akvabitkilər;

-Bitki mühafizəsi;

-Aqronomluq;

-Zootexniklik;

-Baytarlıq;

-Psixologiya;

-Qida məhsulları mühəndisliyi;

İnformatika fənni üzrə:

-Riyaziyyat və informatika müəllimliyi;

-İnformatika müəllimliyi;

-Kompüter elmləri;

-Kompüter mühəndisliyi;

-Proseslərin avtomatlaşdırılması mühəndisliyi;

-İnformasiya texnologiyaları;

-Sistem mühəndisliyi;

-Mexatronika və robototexnika mühəndisliyi

Qeyd edək ki, Beynəlxalq və ya respublika fənn olimpiadası qalibinin XI sinfi bitirdikdən sonrakı növbəti 2 tədris ili üçün yalnız bir dəfə müsabiqədənkənar qəbul olunmaq hüququ var. Beynəlxalq müsabiqə və ya yarış qalibləri üçün isə bu müddət 5 ildir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları