https://www.zirve.edu.az/
13.01.2020 10:28
IX sinfi bitirənlərin üzləşə biləcəyi  sənəd problemi- Mütləq oxuyun

AzEdu.az direktorların işə qəbul müsabiqəsində iştirak etmək istəyən namizədləri məlumatlandırmaq məqsədilə müsahibə mərhələsində verilə biləcək sualların cavabını təqdim edir. Onlardan biri də orta təhsil səıviyyəsini başa vuran şagirdlərlə bağlı aparılan sənədləşmə işləri barədədir:

Orta təhsili başa vuranlara təhsil haqqında sənədlər nə vaxt verilməlidir? Bu sənədləri kim imzalayır, necə doldurulur və məktəbdə neçə il saxlanmalıdır?

AzEdu.az xəbər verir ki, 2017-ci ildən IX sinfi başa vuran məzunlara şəhadətnamə deyil, attestat təqdim olunur. Bu barədə Məktəb sənədlərinin aparılması, saxlanması barədə təlimatda qeyd olunub. Təlimata görə, IX sinfi bitirən məktəblilər üçün sənədlər hər bir əsas və orta məktəbdə aparılır.  

Kitabın birinci hissəsində alınmış və verilmiş əsas təhsil haqqında adi və fərqlənmə attestatlarının blanklarının nömrələri göstərilməklə miqdarı qeyd olunur. Təmiz attestat blanklarının qalıqları, habelə xarab olmuş blanklar, onların nömrəli göstərilməklə Rayon Təhsil Şöbəsinə təhvil verilir.

Doldurulmuş və hər hansı bir səbəbə görə məzunlara verilməmiş orta təhsil haqqında attestat blankları yeni dərs ilinin əvvəlinə qədər məktəbdə saxlanılır və sonra  RTŞ-yə qaytarılır. Məktəb tərəfindən blankların təhvil verilməsi haqqında kitabda müvafiq qeyd edilir və RTŞ müdiri və ya məktəb tərəfindən qol çəkilir.

Ekstren yolu ilə imtahan vermiş və ya dublikat almış məzunların əsas təhsil haqqında attestat blanklarının sağ küncündə "Ekstern” və ya "Dublikat” sözləri yazılır.

Əsas təhsil haqqında attestatları vermək üçün əsas pedaqoji şuranın qərarıdır. Protokolun tarixi və nömrəsi kitaba yazılır. Attestat sahibi onu alması barədə kitaba qol çəkir. Fərqlənmə attestatı barədə müvafiq qrafada qeydiyyat aparılır.

Əsas təhsil haqqında attestat blanklarının uçotu və verilməsi kitabına yazılan şəxslərin siyahısının sonunda məktəb direktoru, direktorun təlim-tərbiyə işi üzrə müavini və verilmiş attestatlara qol çəkimiş azı üç nəfər müəllim imza edirlər.

Əsas təhsil haqqında attestat blanklarının uçotu və verilməsi kitabında heç bir pozub-yazmaya və səliqəsizliyə yol verilimir. Zəruri düzəlişlər yuxarıda qeyd olunan şəxslərin imzası və məktəbin möhürü ilə təsdiq edilir.

Kitab səhifə-səhifə nömrələnir, qaytanlanır, RTŞ müdiri tərəfindən imzalanır, şöbənin möhürü ilə möhürlənir. Bu sənədlərin saxlanma müddəti isə daimidir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları