Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-12 21:18:00
İnsanlar daha çox bu aylarda ölür - Alimlərdən iddia

Əvvəllər deyərdi ki, kiçik çillə çıxdı, mart çıxdı, dərd çıxdı. Yəni qədimdə yanvar, fevral, mart aylarında xəstəliklərin kəskinləşib, daha çox ölüm hallarının olduğunu görürdülər.

AzEdu.az medicina.az-a istinadən bildirir ki, alimlər ilin ayları və fəsilin ölüm statistikasına təsir edib-etməməsini aydınlaşdırıb.

Amerikalı alimlər 80-ci illərdən başlayaraq, 36 il davam edən araşdırmalarına yekun vuraraq, bu nəticəyə gəlib ki, yaşlı adamlar daha çox qış aylarında rəhmətə gedir. Yay aylarında isə yaşlı insanların ölüm statistikası azalır.

Alimlər yaşla bağlı maraqlı məqamlar tapıblar. Belə ki, 35-50 yaş arası insanlar arasında ölüm dekabr, yanvar, fevral ayında artır, iyun, iyul, avqustda isə azalır.

65-75 yaş arası yaşlılar isə rekord həddə fevral ayında rəhmətə gedir. Bunun səbəbi isə fevral ayında qışdan zəif çıxmış orqanizmdə letal sonluğa səbəb olan faktorların artmasıdır.