Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-11 11:27:00
Torpaq sürüşməsində antropogen amillər

Coğrafiya İnstitutunun əməkdaşları Bayıl yolundakı sürüşmənin səbəblərini tədqiq ediblər

AzEdu.az xəbər verir ki, AMEA Coğrafiya İnstitutunun “Geomorfologiya və təbii risklər” şöbəsinin əməkdaşları – coğrafiya üzrə fəlsəfə doktorları Rəfail Abdullayev və dosent Starə Tarixazər Bayıl ərazisində baş vermiş sürüşmə zonasında olub.

 İnstitut  əməkdaşlar Bayıl yolunun Badamdar qəsəbəsinin 1,1 km-liyində (400 19I   56 II   N-şimal enliyi; 490  48I  40II E-şərq uzunluğu) baş verən torpaq sürüşməsinin yolu tam bağladığını müşahidə ediblər. Onlar sürüşmə kütləsinin böyüklüyünü  və onun 80-85 m. enində olan bir hissəsinin 100-120 m uzunluqda yerdəyişməyə məruz qaldığını xüsusi qeyd ediblər.

 Tədqiqatçılar bildirirlər ki, Badamdar-Bayıl yolu hələ çar Rusiyası dövründən neft mədənlərində istifadə olunan ağır texnikanın hərəkətini təmin edib. Son vaxtlar yolətrafı qruntda baş vermiş aktivlik tam şəkildə antropogen təsirin nəticəsidir. Ərazinin intensiv mənimsənilməsi, tikinti normativlərinə əməl edilməməsi, sürüşmə zonasının həddən artıq yüklənməsi, kanalizasiya xətlərinin olmaması, yeni yolların salınmasında buraxılan səhvlər və s. ümumu tarazlığın pozulmasına və ərazidə sürüşməyə meylli kütlənin aktivləşməsinə gətirib çıxarıb. Belə aktivləşmədə təbii amillərin təsiri (atmosfer yağıntılarının miqdarı, qrunt sularının səviyyə artımı və s.) daha az ehtimal olunur.