Azərbaycan Texniki Universiteti (AzTU) ilə AMEA Yüksək Texnologiyalar Parkı arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
AzTU-dan AzEdu.az-a verilən məlumata görə, müqavilədə AMEA Yüksək Texnologiyalar Parkında istehsal olunan innovativ məhsulların istehsalı və satınalınmasına dəstəyin verilməsində birgə əməkdaşlıq nəzərdə tutulub.