Azedu.az

AzTU tələbələri Biləcəri Dəmiryol Stansiyasında işlə təmin olunacaq

Ali təhsil

28 Dekabr 2019, 17:56
AzTU tələbələri Biləcəri Dəmiryol Stansiyasında işlə təmin olunacaq

Azərbaycan Texniki Universitetinin (AzTU) “Dəmiryol nəqliyyatı və təsərrüfatı mühəndisliyi” ixtisası üzrə təhsil alan bir qrup tələbəsinin “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasında infoturu keçirilib.

AzEdu.az xəbər verir ki, stansiyanın rəis əvəzi, AzTU-nun məzunu Elmar Məmmədov tur ərzində tələbələrə 3 parkdan ibarət stansiya və “ADY SMART” əməliyyat sistemi haqqında ətraflı məlumat verib. Bildirilib ki, müvafiq vakansiyalar üzrə AzTU tələbələri Biləcəri Dəmiryol Stansiyasında işlə təmin olunacaq.

Bundan başqa, tələbələrin istehsalat təcrübə proqramları ilə yanaşı, ödənişli təcrübə proqramlarına cəlb olunması da nəzərdə tutulur. 

İrandan daha bir hücum - Bakı hədəfə alındı
Son xəbərlərDaha çox