Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-26 16:49:00
Universitetlərə qəbul olmaq istəyənlər cəmi  üç fəndən imtahan verəcəklər

2020-ci ildən etibarən Gürcüstanda  ali məktəbə qəbul olmaq istəyənlər üç fəndən imtahan verəcəklər.

AzEdu.az xəbər verir ki, bu barədə məlumat Sosial Tədqiqatlar Mərkəzi tərəfindən hazırlanan “Azərbaycan Barometri” jurnalının ikinci sayında öz əksini tapıb.

Hesabata əsasən, Gürcüstanda tələbə olmaq üçün 2005-ci ildən etibarən abituriyentlər Vahid Milli İmtahanda (VMİ) dörd imtahandan keçməlidirlər. Bunlardan üçü məcburidir – gürcü dili və ədəbiyyatı, ümumi biliklər, xarici dil və bir imtahan seçim əsasında ola bilər. Ədəbiyyat, riyaziyyat, tarix, coğrafiya, kimya, fizika, biologiya, təsviri və tətbiqi incəsənət və ya vətəndaş təhsili.

Hazırda Gürcüstanda böyük bir təhsil islahatı həyata keçirilir. Ekspertlər bütün sahələri əhatə edən 10 islahat paketi hazırlayıblar. İslahatlar 4 il davam edəcək. Təhsil Nazirliyinin ən ciddi qərarlarından biri məktəblilər üçün buraxılış imtahanlarının ləğv edilməsidir. Bundan əlavə, 2020-ci ildən etibarən abituriyentlər dörd yox, üç imtahan verəcəklər. Ölkə məktəblərində tədris olunmayan ümumi biliklər fənninin VMİ-dən çıxarılması təklif olunur.

Məlumata əsasən, Gürcü dili və ədəbiyyatı, xarici dil üzrə imtahanlar abituriyentlər üçün əvvəlki qaydada məcburi olacaq. Daha öncə abituriyentlər tərəfindən seçilən üçüncu məcburi fənnə gəlincə, bu fənn tədris planına uyğun olaraq universitet tərəfindən müəyyənləşdiriləcək. Yəni texniki istiqamət üzrə imtahan verən abituriyentlər riyaziyyatdan, humanitar istiqamət üzrə isə tarixdən imtahan verəcəklər.

Günel Yaşarqızı
Müəllifin digər yazıları