Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-26 10:00:00
Alimlər əşyaların DNT-sini yaratdılar

İsveçrə və İsrail tədqiqatçıları, istənilən əşyada böyük miqdarlı məlumatı saxlamaq üçün yol tapıblar.

AzEdu.az xəbər verir ki, İsveçrənin Sürix Ali Texniki Məktəbində şüşə nanokürələr – "DNT molekulları" yaradılıb. DNT molekulları böyük ölçülü məlumatların bir neçə nəsil boyunca saxlanılmasına zəmanət verir.

İxtiralarını nümayiş etdirmək üçün tədqiqatçılar 3D printerdə dovşanın plastik şəklini çap ediblər. Alimlər obyektin nəyi necə etdiyi barədə məlumat verən kiçik şüşə kürələri plastikə əlavə etməklə bu nəticəni əldə ediblər.

Biologiyada olduğu kimi bu yeni texnoloji metod da bir neçə nəsil üçün məlumat saxlayır. Fiqurun kiçik bir hissəsindən "təlimatı" çıxararaq yeni məhsul çap etmək üçün istifadə edib beş dəfə çapı təkrarlayaraq orijinal dovşanın "kötücə"sini yaradıblar

Gələcəkdə DNT-lı şüşə kürələrini gündəlik istifadə etdiyimiz əşyalarda görə bilərik. Bu texnologiya dərman, yapışqan və ya boya kimi tikinti materiallarını etiketləmək üçün də istifadə edilə bilər. Alimlər izah edirlər ki, keyfiyyətli məlumat birbaşa preparatda və ya materialın özündə saxlanıla bilər. Bu o deməkdir ki, səhiyyə orqanları məhsulun keyfiyyətini birbaşa məhsuldan izləmək üçün test nəticələrini oxuya bilər. Binada təmir işləri aparan işçilər binanın orijinal quruluşunda hansı istehsalçının məhsullarından istifadə edildiyini öyrənə bilərlər.