Azedu.az

“Your English Voice” müsabiqəsinə qeydiyyat davam edir

Ali təhsil

Təhsil Nazirliyi

18 Dekabr 2019, 10:00
 “Your English Voice” müsabiqəsinə qeydiyyat davam edir

“Your English Voice” ingilis dilli müsabiqəsinə qeydiyyat prosesi davam edir.

AzEdu.az xəbər verir ki, Təhsil Nazirliyinin tabeliyində, Bakı şəhərində yerləşən dövlət ali təhsil müəssisələrinin II və III kurs tələbələri müsabiqədə iştirak edə bilərlər.

Müsabiqəyə qoşulmaq istəyənlər 15 yanvar 2020-ci il tarixinədək www.yourenglishvoice.edu.az portalına daxil olaraq qeydiyyatdan keçməlidirlər.

Müsabiqə barədə ətraflı məlumatı www.sabah.edu.az saytından əldə edə bilərsiniz.

Qeyd edək ki, “Your English Voice” müsabiqəsi Təhsil Nazirliyi və “British Council Azərbaycan”ın birgə təşkilatçılığı, “Vətəndaş Cəmiyyətində Debat” İctimai birliyi və “International House Manchester” dil məktəbinin tərəfdaşlığı ilə keçirilir. Müsabiqənin təşkilində əsas məqsəd tələbələr arasında sağlam rəqabət mühitinin yaradılması yolu ilə ingilis dilinin öyrənilməsinə, eləcə də müxtəlif tipli bilik yarışlarına olan marağının artırılmasıdır.

TƏCİLİ! İranda qarşıdurma başladı - Silahlar işə düşdü
SORĞU
Yeni tədris ilinin başlanğıcında üzləşdiyiniz ən ciddi problem hansıdır?
Səs ver
Son xəbərlərDaha çox