https://www.zirve.edu.az/
06.12.2019 16:54
Sabah  SAT imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzində növbəti SAT imtahanı keçiriləcək.

AzEdu.az xəbər verir ki, imtahanda iştirak edəcək şəxslər saat 07.30-dan gec olmayaraq imtahan binasında olmalıdırlar. İmtahana gecikən şəxslər test mərkəzinə buraxılmayacaqlar. İmtahan saat 08.30-da DİM-in Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında başlayacaq. İmtahanın müddəti 3 saat 45 dəqiqədir (fasiləsiz).

Qeyd edək ki, SAT imtahanları və qeydiyyatdan keçmək haqqında ətraflı məlumatı keçiddən əldə etmək mümkündür: http://dim.gov.az/activities/exams/sat/

Günel Yaşarqızı
Müəllifin digər yazıları