Azedu.az

Diaqnostik qiymətləndirmədə bu qədər şəxs iştirak edəcək – Vacib tövsiyə

Orta təhsil

Diaqnostik qiymətləndirmə

5 Dekabr 2019, 16:49
Diaqnostik qiymətləndirmədə bu qədər şəxs iştirak edəcək – Vacib tövsiyə

Məktəb psixoloqlarının bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi müsabiqəsində təxminən, 2600-2700 nəfərin iştirakı gözlənilir.

AzEdu.az xəbər verir ki, bu barədə Təhsil TV-nin “Həftənin sualı” verilişinin bugünkü buraxılışında Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə məlumat verib.

Bildirilib ki, məktəb psixoloqlarının bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi könüllülük prinsipi əsasında keçirilirsə də, psixoloqların iştirakı tövsiyə edilir.

Qeyd edək ki, dövlət ümumi təhsil müəssisələrində çalışan psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi dekabr ayı ərzində keçiriləcək.

Ermənistanda şok hazırlıq - Bu halda Azərbaycanla müharibə başlayır
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox