“Biz bilirik ki, Gürcüstanda azərbaycanlıların yaşadığı yerlərdə hansı problemlər mövcuddur və hansı işlər görülməlidir”.
AzEdu.az-ın xəbərinə görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Yeni Azərbaycan Partiyasının İcra Katibliyində keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, Təhsil Nazirliyi və digər qurumlarla birlikdə fəaliyyət planı tərtib edilib və hökumətə təqdim olunub: “Bildiyiniz kimi, Təhsil Nazirliyi Gürcüstana dərsliklər göndərir. Hər il bu dərsliklərin sayı artırılır. Bu, çox vacib məsələlərdən biridir. Bu gün orada bəzi çatışmazlıqlar var və biz onları müzakirə edirik. Bu, əsasən müəllimlərin yaşlanması ilə bağlıdır. Müəllimlərin yaşlanması ilə bağlı müəyyən Azərbaycan dilli məktəblərdə müəllim çatışmazlığı var”.
kitabı