Azedu.az

Dəm qazı daha bir tələbənin canını aldı

Ali təhsil

5 Dekabr 2019, 10:12
Dəm qazı daha bir tələbənin canını aldı

Bakıda daha bir tələbə dəm qazından boğulub.

AzEdu.az-ın məlumatına görə, hadisə dekabrın 4-də baş verib.

Ağsu rayon sakini, 1998-ci il təvəllüdlü Dadaşov Nurlan Akif oğlu Bakıda kirayə yaşadığı evin hamam otağında dəm qazından boğulub.

N.Dadaşovun meyiti otaq yoldaşları tərəfindən aşkar edilib.

Məlumata görə, N.Dadaşov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 4-cü kurs tələbəsidir.

İrandan daha bir hücum - Bakı hədəfə alındı
Son xəbərlərDaha çox