Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-28 10:43:00
Bağça müdiri və tərbiyəçilərinə neçə gün məzuniyyət verilir?-Cavab

AzEdu.az mütəmadi olaraq müəllimlər, onların əmək hüquqları ilə bağlı yazılar yayımlayır. Bu maarifləndirmə yalnız orta məktəblərlə məhdudlaşmır, məktəbəqədər müəssisələri də əhatə edir. Onları maraqlandıran suallardan biri də məktəbəqədər müəssisələrdə çalışan tərbiyəçilərin məzuniyyət hüquqları ilə bağlıdır.

Sual:

Bağça müdiri və tərbiyəçilərinə neçə gün məzuniyyət verilir?

Cavab:

AzEdu.az məlumat verir ki, bu kimi məsələlər Əmək Məcəlləsinin 118-ci maddəsi ilə tənzimlənir. Məcəlləyə görə, bağça müdirləri, eləcə də tərbiyəçiləri 42 günlük məzuniyyət hüququna sahibdirlər.

Bu həmçinin evləri və bağçalarının rəhbər işçiləri, tərbiyəçiləri, metodistlər, defektoloq, loqoped, psixoloqlarına da aiddir.

Ümumtəhsil internat məktəbləri və xüsusi internat məktəblərinin tərbiyəçilərinə də 42 gün məzuniyyət hüququ verilir.

Qeyd edək ki, Məcəllənin nəzərdə tutulan maddəsində bir sıra təhsil müəssisələri işçilərinin əlavə və ödənişli məzuniyyət hüquqları əks olunub.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları