Azedu.az

Macarıstanın ölkəmizdəki səfiri tələbələrə şəxsi təcrübəsindən danışıb

19 Noyabr 2019, 15:00
Macarıstanın ölkəmizdəki səfiri tələbələrə şəxsi təcrübəsindən danışıb

Macarıstanın ölkəmizdəki səfiri Viktor Sederkenyi Azərbaycan Dillər Universitetində (ADU) olub.

ADU-dan AzEdu.az-a bildirilib ki, diplomat universitetdə fəaliyyət göstərən “Səfir saatı” layihəsi çərçivəsində tələbələrlə görüşüb. Viktor Sederkenyi görüşdə şəxsi təcrübəsi, təhsil illəri və diplomatik fəaliyyətindən, eyni zamanda, Macarıstan-Azərbaycan əlaqələrindən danışıb.

Tədbir ADU-nun Beynəlxalq əlaqələr şöbəsi və Macar dili və mədəniyyəti mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox