Azedu.az

Türkiyəli rektor Azərbaycanla əlaqələrini genişləndirmək istəyir

Ali təhsil

11 May 2018, 09:18
Türkiyəli rektor Azərbaycanla əlaqələrini genişləndirmək istəyir

Türkiyənin Hacettepe Universitetinin ölkəmizə səfərə gəlmiş nümayəndə heyəti Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.

AzEdu.az xəbər verir ki, Hacettepe Universitetinin rektoru, professor Haluk Özenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə UNEC-in rektoru, professor Ədalət Muradov iki universitet arasındakı əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib.

Görüşdə bu ali məktəblərdə təhsilin keyfiyyətinin artırılması yolları və dünya təhsil sisteminə inteqrasiya imkanları müzakirə edilib.

H.Özen UNEC-lə əməkdaşlığa xüsusi önəm verdiyini, bu əlaqələrin gələcəkdə daha da genişləndirilməsində maraqlı olduqlarını bildirib.

TƏCİLİ! Rusiyada panika yaşanır - Dəmiryol stansiyası partladıldı
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox