Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-13 11:23:00
“NASA” elektrik təyyarəsi təqdim edildi

BŞ Kosmik Agentliyi (NASA) 2015-ci ildən üzərində çalışdığı "Maxwell" adlı ilk elektrik təyyarəni nümayiş etdirib.

AzEdu.az xəbər verir ki, ilk sınaq uçuşu təxminən bir ildən sonra keçiriləcək "Maxwell" agentliyi tərəfindən iyirmi il ərzində hazırlanan ilk pilotlu təyyarə olacaq.

"NASA", həmçinin mühəndis və pilotlara "X-57 Maxwell" təyyarəsinin hazır versiyasının uçuşda necə manevrlər edəcəyini hiss etməyə imkan verən simulyator təqdim edib.

Təyyarənin sonuncu modifikasiyası ümumilikdə 14 elektrik mühərriklə təchiz edilən daha nazik və yüngül qanadlara malik olacaq.

Qeyd olunur ki, batareya məhdudiyyətlərinə görə təyyarə qısa reyslərdə hava taksisi və ya az sayda sərnişin üçün şəhərətrafı təyyarə kimi istifadə ediləcək.(teleqraf.com)