Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-22 13:03:00
Basketbol idman növü üzrə “Təhsil Liqası”na start verilib  

“Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə 2019-2020-ci il mövsümündə basketbol idman növü üzrə 13 yaşadək (U-13), 15 yaşadək (U-15) və 17 yaşadək (U-17) qızlar və oğlanlardan ibarət komandalar arasında təşkil olunan “Təhsil Liqası”nın oyunlarına başlanılıb.

Liqanın keçirilməsində məqsəd yaş qrupları üzrə perspektivli basketbolçuların aşkar edilməsi, uşaqların yarış təcrübələrinin artırılması, onlar arasında dostluq əlaqələrinin yaradılmasından ibarətdir.

Bildirək ki, 17 yaşadək (U-17) oğlanlar, 13 yaşadək (U-13) və 15 yaşadək (U-15) qızlardan ibarət komandalar arasında liqalar bu mövsümdən təşkil olunub.

Qeyd olunan yaş qrupları üzrə liqalarda idman məktəbləri, müxtəlif idman təşkilatlarının 49 komandası mübarizə aparacaq.

İki dövrədən ibarət olan liqaların oyunları 2020-ci ilin iyun ayında başa çatacaq.

Mövsümün sonunda liqalar üzrə I, II və III yeri tutan komandalar diplom, kubok, medallarla mükafatlandırılacaq, müxtəlif nominasiyalar üzrə seçiləcək basketbolçular xüsusi mükafatlarla təltif olunacaqlar.