Bakı metrosunda ölüm hadisəsi baş verib.
AzEdu.az “Report”a istinadən xəbər verir ki, metronun “20 Yanvar” stansiyasında 1998-ci il təvəllüdlü Sahil Teymurlu ürəktutmadan dünyasını dəyişib.
S.Teymurlu Milli Aviasiya Akademiyasının tələbəsi olub.
Faktla bağlı araşdırma aparılır.