Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-27 14:04:00
Xeyli şagird Azərbaycan  dili və riyaziyyatdan "2" aldı və - Acı nəticə...

2018-ci ildə keçirilən buraxılış imtahanında iştirak edən 54.361 abituriyentdən 9.914 nəfər Azərbaycan (rus) dili və riyaziyyat fənlərindən biri üzrə "2" qiymət aldığı üçün kolleclərin ixtisas seçiminə buraxılmayıb.

AzEdu.az xəbər verir ki, bu barədə “Abituriyent” jurnalının 12-ci sayında bildirilib.

Məlumatda qeyd olunur ki, orta ixtisas təhsili müəssisələrinin ixtisaslarının müsabiqəsində cari ilin məzunları buraxılış imtahanının, digərləri isə buraxılış imtahanının modelinə uyğun keçirilən qəbul imtahanının nəticələri əsasında iştirak ediblər.

Buraxılış imtahanında iştirak edən 9.914 nəfər Azərbaycan (rus) dili və riyaziyyat fənlərindən biri üzrə "2" qiymət aldığı, 3457 nəfər ümumi balı 30-dan az olduğu üçün ixtisas seçiminə buraxılmayıb.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları