Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-23 10:25:00
Direktorluğa namizədə hava-su kimi vacib daha bir məsələ-Cavab AzEdu.az-da

 

Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin növbəti rayonlardan olan namizədlər üçün müsahibə mərhələsi bir sıra rayonlarda başa çatıb.

Bu mərhələdə Sabirabad, Masallı, Qobustan, Göyçay, Şəki və İsmayıllı rayonları üzrə direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində müvafiq keçid balını toplamış 85 namizəd iştirak edib.

AzEdu.az növbəti günlərdə müsahibədə iştirak edəcək namizədlərə kömək məqsədilə proses zamanı verilə biləcək suallara cavabı təqdim edir.

Sual:

Müddət başa çatmadan əmək müqaviləsinin müəllimin özü tərəfindən ləğv edilməsi mümkündür? Bunun üçün o, nə etməlidir?

Cavab:

Bəli. Amma bunun üçün müəllim bir ay öncədən direktoru yazılı ərizə ilə xəbərdar etməlidir.

O, yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün işdən ayrıldıqda, yeni yaşayış yerinə köçdükdə, başqa məktəb rəhbəri ilə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda 1 ay öncədən ərizə yazmadan ərizəsində göstərdiyi gün əmək müqaviləsini ləğv edə bilər.

Qeyd edək ki, sözügedən rayonlar üzrə müsahibələr sentyabrın 21-dək davam edib.

Müsahibə nəticələri və növbəti müsahibələrin keçiriləcəyi tarixlər barədə isə namizədlərə məlumat veriləcək.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları