Azedu.az

Təhsil nazirinin müşaviri böyük şirkətlərlə iş quracaq məktəbdən yazdı-FOTOLAR  

Elm və Təhsil Nazirliyi

14 Sentyabr 2019, 17:44
Təhsil nazirinin müşaviri böyük şirkətlərlə iş quracaq məktəbdən yazdı-FOTOLAR  

“Burada tədris prosesinin Koreya təhsil standartları əsasında təşkili məqsədilə koreyalı və yerli mütəxəssislər tərəfindən özəl sektorla birlikdə kurikulum və tədris vəsaitləri hazırlanıb”.

AzEdu.az  xəbər verir ki,  Təhsil nazirinin müşaviri Elnur Məmmədov bu sözləri rəsmi facebook səhifəsində paylaşıb:

“Ötən gün Bakı şəhərində Sənaye və İnnovasiyalar üzrə Dövlət Peşə Təhsil Mərkəzi istifadəyə verildi. Mərkəzdə mexanika, elektronika, elektrik mühəndisliyi, sənayedə quraşdırma işləri, tikinti, informasiya texnologiyaları, avtomobil və avtomatlaşdırma olmaqla 8 istiqamət üzrə kadr hazırlanacaq.

Mərkəzdə fəaliyyət göstərəcək 26 ixtisaslı mütəxəssisin seçilərək Koreyada 3 aylıq təlim keçməsi təmin edilib. Cari tədris ilində Mərkəzdə 400 tələbə təhsil alacaq”.

O, həmçinin qeyd edib ki, mərkəz kadr hazırlığını həyata keçirmək üçün müxtəlif sənaye mərkəzləri və şirkətlərlə əməkdaşlıq yaradıb:

“Rəqabətqabiliyyətli kadr hazırlığını həyata keçirəcək bu Mərkəz Sumqayıt Texnologiyalar Parkı, “Huawei”, “Mitsubishi”, “EduMedia”, “Subaru”, “Optimal Electronics”, “Tech Academy”, “Honda”, “Hyundai”, “Helind”, “Mazda”, “Azedunet”, “Toyota Azərbaycan”, “Mars Academy”, “Turox Aero Technologies” kimi aparıcı sənaye müəssisələri və şirkətlərlə Mərkəzin məzunlarının həmin müəssisələrdə təcrübə keçmək və işlə təmin olunmaq məqsədilə əməkdaşlıq əlaqələri yaradıb”. 

Ayşə Müseyib

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox