"Instagram" sosial şəbəkəsinin işində problem müşahidə olunub.
AzEdu.az-ın məlumatına görə, bu barədə məşhur internet resurslarda problemləri aşkarlayan "Downdetector" portalı xəbər verib.
Məlumata əsasən, problemlər səhər saat 06:17-dən müşahidə edilir. Sosial şəbəkənin işindən daha çox ABŞ, Braziliya, Niderland, Fransa, Almaniya, Meksika, Polşa, Böyük Britaniya, Serbiya, Çili, Yaponiya və Malayziyada yaşayan istifadəçilər şikayətləniblər.