Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-30 15:50:38
  Azərbaycanda qeyri adi elmi tədbir keçiriləcək – “Mənə dəli deyirdilər"

 

“Elm Azərbaycan” elm platforması növbəti tədbirinə hazırlaşır. Platforma bu dəfə  bir neçə əsr əvvəlki dövrlərin dahi və çılğın elm adamlarını tanıdacaq. Nyutonun gündəlik həyatından tutmuş, Hipatia adlı güclü bir xanım elm adamının kim olduğuna qədər- hər şey müzakirə olunacaq. Tədbirdə həmçinin Con Monahanın yenicə çapdan çıxmış “Mənə dəli deyirdilər” kitabının təqdimatı , doğma dilimizə səsləndirilən "Böyük Xəyalpərəstlər" seriyasından sənədli film, Hədəf liseyində yaradılan elmi-interaktiv muzeylə tanışlıq və maraqlı elmi diskusiyanın olması planlaşdırılır. Tədbirin biletləri 26 aprel tarixindən etibarən satışa çıxarılıb. Biletlərin sayı 120, qiyməti isə  6.5 AZN-dir. Qeyd edək ki, təqdimata bilet almaqla "Mənə dəli deyirdilər"  kitabını əlavə ödəniş olmadan əldə edə bilərsiniz.

AzEdu.az  marağında olanlar üçün kitabının Nyuton haqqında olan hissəsindən bir parçanı təqdim edir:

“Anna Eyskou Nyuton İngiltərə sahilindəki Vulstrop Meynor kəndində bir fermerin dul qalmış arvadı idi. 1642-ci ildə, daha dəqiq desək Milad ərəfəsində məcburən iş yerinə getdi və Milad günü gecə saat 2-də körpəsi dünyaya gəldi. Körpə doğulan zaman o qədər kiçik ölçülərə sahib idi ki, deyilənə görə, doğum prosesinə qatılan 2 qadın dərhal dərman almaq üçün çıxmışdı. Qadınların tələsmək əvəzinə onlar qayıdana qədər uşağın onsuz da öləcəyini zənn edib nəfəslərini dərmək üçün dincəldikləri deyilir. Bu xoşagəlməz ehtimala baxmayaraq, anasının bir çaydana sığacaq qədər kiçik olan oğlu sağ qaldı. Uşağa ölən atasının adını verdilər. İsaak. İsaak Nyuton!”

 

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları