Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-30 10:30:00
Müəllimlər üçün növbəti diaqnostik qiymətləndirmənin vaxtı açıqlandı

Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlər üçün diaqnostik qiymətləndirmə mayın 20-dən sonra keçiriləcək.

AzEDU.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri vəzifəsini icra edən Eşqi Bağırov APA-ya məlumat verib.

Növbəti diaqnostik qiymətləndirmədə hər bir müəllim iştirak edə bilər.

Qeyd edək ki, əvvəlki illərdə müxtəlif səbəblərdən qiymətləndirmədə iştirak edə bilməyən müəllimlərlə yanaşı, nəticələrini yüksəltmək niyyətində olan müəllimlər də diaqnostik qiymətləndirmədə iştirak edə biləcəklər.

Xatırladaq ki, 2014-cü ildən başlayaraq dövlət ümumi təhsil müəssisələrində çalışan 150 min müəllimin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilib. Onların həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşı isə 2 dəfə artırılıb.